Azərbaycanın basketbol millisi ikinci oyununda da məğlub olub

30 Noyabr 2025 20:30
225
Azərbaycanın basketbol millisi ikinci oyununda da məğlub olub

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma rəqibin 5 xal fərqi ilə qələbəsiylə bitib - 90:95.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub - 49:87.

10:10

Azərbaycanın kişilərdən ibarət basketbol millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gələcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub - 49:87.

İdman.Biz