“Sərhədçi”nin baş məşqçisi: “Yeni oyunçulara ehtiyacımız var”

14 Dekabr 2023 13:54
522
“Sərhədçi”nin baş məşqçisi: “Yeni oyunçulara ehtiyacımız var”

“Tam heyətlə oynaya bilmədik. Bu bizə təsir etdi”.

İdman.biz xəbər verir ki, bunu “Sərhədçi” basketbol klubunun baş məşqçisi Vladimir Boşnyak deyib.

Serbiyalı mütəxəssis Azərbaycan çempionatının 8-ci turunda “Xəzri”yə 100:117 hesabı ilə uduzduqları matçdan dəyərləndirib: “Ben Stivensin yoxluğu bizə çətinliklər yaşatdı. Həm də rəqib yaxşı oynadı. Təkbətək mübarizələrdə uduzduq. Yeni oyunçulara ehtiyacımız var. Bu bizim üçün çox vacibdir. Artıq ardıcıl məğlubiyyətlər alırıq. Ümid edirəm ki, qarşıda bizi daha yaxşı matçlar gözləyir. İlk hissədə heç də pis olmadı, amma sonra vəziyyət dəyişdi. İkinci hissədə ümumiyyətlə zəif çıxış etdik, çox top itirdik. Bunların üzərində işləmək lazımdır”.

Qeyd edək ki, “Sərhədçi” XVIII turdan sonra 10 xalla yeddincidir.

İdman.biz