Azərbaycan Basketbol Liqasında VII tura start verilir

Xəbərlər
13 Noyabr 2025 11:09
60
Azərbaycan Basketbol Liqasında VII tura start verilir

Bu gün Azərbaycan Basketbol Liqasında VII tura start veriləcək.

İdman.Biz xəbər verir ki, B qrupunun qarşılaşmasında “Lənkəran” komandası “Sərhədçi”ni qəbul edəcək.

Oyun saat 15:00-da Lənkəran Olimpiya İdman Kompleksində başlayacaq.

Meydan sahibləri B qrupunda 8 xalla üçüncü yerdə qərarlaşıb, eyni xala malik qonaqlar isə beşinci sıradadır.

Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.

İdman.Biz