Azərbaycanın basketbol millisi Şimali Makedoniyaya uduzub - YENİLƏNİB

2 Mart 2026 22:00
337
Azərbaycanın basketbol millisi Şimali Makedoniyaya uduzub

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində növbəti oyununa çıxıb.
İdman.Biz xəbər verir ki, Şimali Makedoniya yığmasını qəbul edən Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv 70:78 hesabı ilə uduzub.

Qarşılaşma Bakı İdman Sarayında olub.

Daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.

A qrupunda Şimali Makedoniya 8 xalla liderdir. Lüksemburq 5 xalla ikinci, eyni xala malik Azərbaycan millisi üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə qərarlaşıb.

09:28

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində növbəti matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv Şimali Makedoniya yığmasını qəbul edəcək.

Görüş Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.

Daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.

A qrupunda Şimali Makedoniya 6 xalla liderdir. Lüksemburq 5 xalla ikinci, Azərbaycan millisi 4 xalla üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə qərarlaşıb.

İdman.Biz