FIBA Yaxın Şərqdəki münaqişə səbəbindən DÇ-2027-nin seçmə oyunlarını təxirə salıb

1 Mart 2026 00:42
126
FIBA Yaxın Şərqdəki münaqişə səbəbindən DÇ-2027-nin seçmə oyunlarını təxirə salıb

Beynəlxalq Basketbol Federasiyası (FIBA), 2027-ci il FIBA Dünya çempionatı Asiya Seçmə Oyunlarının C və D qruplarında iyun ayına qədər təxirə salıb.

İdman.Biz xəbər verir ki, səbəb İranla ABŞ və İsrailin birləşmiş qüvvələri arasında Yaxın Şərqdə artan münaqişədir.

“Bu gün regionda baş verən hadisələri nəzərə alaraq, FIBA 2027-ci il FIBA Dünya Kuboku Asiya Seçmə Oyunlarının C və D qruplarındakı bütün oyunları 2 mart Bazar ertəsi günü təxirə salmaq qərarına gəlib.

Aşağıdakı oyunlar ləğv edilib: C qrupu – İran - Suriya, İraq - İordaniya; D qrupu – Livan - Hindistan, Qətər - Səudiyyə Ərəbistanı.

FIBA müvafiq milli federasiyalarla sıx əlaqə saxlayır və bu oyunlarda iştirak edən komandaların, rəsmilərin və işçilərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görür. Yuxarıda qeyd olunan C və D qruplarının oyunları iyun ayının sonuna planlaşdırılan üçüncü seçmə pəncərəsinin əvvəlində eyni məkanlarda keçiriləcək. Yenilənmiş cədvəl daha sonra açıqlanacaq”, - deyə mətbuat açıqlamasında bildirilib.

İdman.Biz
Məqalədə: