Azərbaycan klubunda xəstəlik və zədələrlə bağlı problem

Xəbərlər
8 Dekabr 2023 10:44
147
Azərbaycan klubunda xəstəlik və zədələrlə bağlı problem

“Son iki matçda qələbə qazanırıq. Xüsusilə də son görüşdə yaxşı mübarizə apardıq”.

İdman.biz xəbər verir ki, bunu “Xəzri” basketbol klubunun baş məşqçisi Murat Dikmən deyib.

O, Azərbaycan çempionatının VII turunda qarşılaşacaqları “Sumqayıt”la oyunu dəyərləndirib. Türkiyəli mütəxəssis bildirib ki, qələbə seriyasını bu gün baş tutacaq matçda da davam etdirmək istəyirlər: “Bu həftə hazırlıqlarımız yaxşı keçib. Ancaq bir az çətinliklərimiz var. Mark Vital qida zəhərlənməsinə görə, Amil Həmzəyev qripə yoluxduğu üçün, Orxan Süleymanlının isə dizindəki yüngül zədəsi davam etdiyindən iki gün bizimlə məşq edə bilməyiblər”.

Xəstəlik və zədələrlə bağlı problemlərinin olduğunu bildirən Dikmənin sözlərinə görə, komandası “Sumqayıt”la qarşılaşmaya hazırdır: “Tam heyətlə meydanda olacağıq. İlk pillələrdəki yerimizi qorumaq niyyətindəyik. Daha sonrakı matçlarımızda da qalib gələrək ilk dövrəni lider kimi bitirmək istəyirik”.

Qeyd edək ki, “Sumqayıt” – “Xəzri” qarşılaşması bu gün saat 16:30-da start götürəcək.

İdman.biz