Avroliqa: Türk klubları fərqli nəticələr göstəriblər

Xəbərlər
15 Oktyabr 2025 03:16
50
Avroliqa: Türk klubları fərqli nəticələr göstəriblər

Basketbol üzrə Avroliqanın müntəzəm mövsümünün növbəti oyun günü olub.

İdman.Biz bildirir ki, oktyabrın 14-də beş qarşılaşma keçirilib.

Türkiyənin iki klubundan biri qalib gəlib, digəri isə uduzub.

Oyunların nəticələri belə olub:

“Makkabi Təl-Əviv” – “Barselona” — 71:92;
“Fənərbaxça” – “Dubay” — 69:93;
“Srvena Zvezda” – “Jalgiris” — 88:79;
“Olimpiakos” – “Anadolu Efes” — 78:82;
“Bavariya” – “Olimpiya” — 64:53.

Xatırladaq ki, Türkiyənin “Fənərbaxça” klubu ötən mövsüm finalda “Monako”ya qalib gələrək (81:70) Avroliqanın qalibi olub.

İdman.Biz