Məşqçi olmaq istəyənlərin NƏZƏRİNƏ: Federasiya imtahanlar keçirəcək

Xəbərlər
14 Oktyabr 2025 16:25
29
Məşqçi olmaq istəyənlərin NƏZƏRİNƏ: Federasiya imtahanlar keçirəcək

Azərbaycan Basketbol Federasiyası (ABF) tərəfindən məşqçilik kateqoriyalarının verilməsi məqsədilə seminar və imtahanlar keçiriləcək.

Qurumdan İdman.Biz-ə verilən məlumata görə, oktyabrın 18-də Azərbaycan Texniki Universitetində praktiki seminar və test imtahanı baş tutacaq.

Bir gün sonra isə Bakı İdman Sarayında nəzəri seminar və praktik imtahan gerçəkləşəcək. Bildirilib ki, məşqçilik kateqoriyası olmayan, eləcə də B və C kateqoriyasına malik məşqçilərin iştirakı mütləqdir. İmtahanı uğurla başa vuran iştirakçılara müvafiq kateqoriya təqdim olunacaq.

Qeyd edək ki, kateqoriyası olmayan məşqçilər ABF bayrağı altında keçirilən yarışlara komanda çıxara bilməyəcəklər.

İdman.Biz