İspaniyanın “Valensiya” basketbol klubu Avroliqa çərçivəsində Təl-Əvivin “Hapoel” komandası ilə keçirəcəyi ev oyununun biletlərini satışa çıxarmamaq qərarına gəlib.
İdman.biz “Superdeporte” nəşrinə istinadən xəbər verir ki, qarşılaşma oktyabrın 15-də 15 mindən çox azarkeş tutumuna malik "Roig Arena"da baş tutacaq.
Klub rəhbərliyi oyunda Fələstini dəstəkləyən kütləvi aksiyaların baş verə biləcəyindən ehtiyat edir. Buna görə də, arenaya yalnız mövsümi abunəçilər buraxılacaq.