Azərbaycanlı qadın badmintonçular finala yüksələ bilməyiblər

Xəbərlər
7 Sentyabr 2025 20:26
41
Azərbaycanlı qadın badmintonçular finala yüksələ bilməyiblər

Bakıda keçirilən Airbadminton üzrə Avropa çempionatında qadın badmintonçularımız yarımfinal mərhələsində məğlub olublar.

İdman.biz xəbər verir,“Women’s triples” kateqoriyasında çıxış edən komandamız Niderland badmintonçularına 1:3 hesabı ilə uduzub.

Beləliklə, millimiz 3-cü yer uğrunda Almaniya yığmasına qarşı oynayacaq.

İdman.biz