Badmintonçularımızdan Venesuelada 3 qızıl medal - FOTO

Xəbərlər
9 İyun 2025 10:33
48
Badmintonçularımızdan Venesuelada 3 qızıl medal - FOTO

Azərbaycanın yeniyetmə badmintonçuları Venesuelada keçirilən beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, oğlanların şəxsi yarışında mübarizəyə 1/8 finaldan başlayan Ülvi Hüseynov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni kateqoriya üzrə qızların şəxsi yarışında Leyla Camalzadə də turnirin qalibi olub.

Yeniyetmə badmintonçularımız daha bir qızıl medalı qarışıq qoşa kateqoriyasında qazanıb. Ülvi Hüseynov – Leyla Camalzadə tandemi müvafiq kateqoriya üzrə yarışı ilk sırada başa vurub.

İdman.biz