Badmintonçularımızdan beynəlxalq turnirdə medal - FOTO

Xəbərlər
15 May 2025 16:30
49
Badmintonçularımızdan beynəlxalq turnirdə medal - FOTO

19 yaşadək badmintonçularımız Bolqarıstanın Svilenqrad şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.

İdman.biz xəbər verir ki, Ülvi Hüseynov və Leyla Camalzadə tandemi qarışı qoşa kateqoriyasında yarmfinala yüksəlməklə “Bulgarian Junior International 2025” turnirində 3-cü yerə layiq görülüblər.

Yarmfinala gedən yolda Lüksemburq və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələn badmintonçularımız finalın bir addımlığında Ülvi Hüseynovun zədələməsi səbəbindən mübarizəni dayandırılmalı olublar.

Leyla Camalzadə qızların şəxsi yarışında 1/8, Ülvi Hüseynov isə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləməyi bacarıb.

İdman.biz