Danimarkanın paytaxtı Kopenhagendə badminton üzrə dünya çempionatı keçirilir.
İdman.biz xəbər verir ki, kişi badmintonçuların şəxsi kateqoriyasında mübarizə aparan millimizin üzvü Edi Reski Dviçayo mundiala qələbə ilə başlayıb.
Mübarizəyə 1/32 finaldan başlayan idmançımız ilk görüşündə ABŞ təmsilçisi Castin Ma ilə qarşılaşıb. Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən Dviçayo yekunda 2:0 (21-14,21-17) hesablı qələbə qazanıb.
O, 1/8 finala yüksəlmək uğrunda keçiriləcək görüşdə 1/32 finalda ispaniyalı Pablo Abianı mübarizədən kənarlaşdıran Sinqapur badmintonçusu Loh Kin Yeşlə üz-üzə gələcək.
Kişi badmintonçuların qoşa yarışında isə Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi tailandlı Supak Jomkoh-Kittinuponq Kedren cütlüyünə 0:2 (13-21,12-21) hesabı ilə uduzub.
İdman.biz