Azərbaycan badmintonu tarixində ilk – FOTO

Xəbərlər
6 İyul 2024 14:43
851
Azərbaycan badmintonu tarixində ilk – FOTO

İlk dəfə Azərbaycan badmintonu tarixində airbadminton üzrə Federasiya Kuboku keçirilib.

İdman.biz xəbər verir ki, Dünya Badminton Federasiyası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə qarışıq qoşa kateqoriyası üzrə açıq havada airbadminton yarışı təşkil olunub.

Bakı Avropa Oyunları Parkında keçirilən yarışın qalibi Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi olub. Rəvan Niftəliyev - Nigar Səmədova qoşası ikinci, Teymur Abbasov - Zülfiyyə Abbasova ilə Əli Gözəlov və Fatimə Həsənzadə isə bürünc medala layiq görülüb.

5 iyul - Ümumdünya Badminton Gününə həsr olunan Federasiya Kubokunun qalibləri diplom medal və hədiyyələrlə təltif olunublar.

İdman.biz