Azərbaycan Badminton Federasiyasından Botsvana Badminton Assosiasiyasına dəstək - FOTO

Xəbərlər
3 İyul 2024 17:57
146
Azərbaycan Badminton Federasiyasından Botsvana Badminton Assosiasiyasına dəstək - FOTO

5 iyul - Ümumdünya Badminton Günü münasibəti ilə Azərbaycan Badminton Federasiyası və Dünya Badminton Federasiyasının (BWF) birgə dəstəyi ilə Botsvana Badminton Assosiasiyasına 10,000 ABŞ dolları dəyərində badminton inventarı ianə edilib.

İdman.biz xəbər verir ki, qarşı tərəf kort, raketka, volan, badminton geyimi və aksesuarlarından ibarət ianənin idmançıların daha yaxşı şərtlər altında məşq etməsinə şərait yaradacağını qeyd edib.

Layihənin məqsədi badminton vasitəsilə inkişaf etməkdə və həyat səviyyəsi aşağı olan ölkələrdə sosial həyatın, təhsilin səviyyəsinin artırılmasına dəstək olmaqla yanaşı, Dünya Badminton Federasiyasının etibarlı tərəfdaşı kimi bu idman növünün ümumi inkişafına töhfə verməkdir..

İdman.biz

Məqalədə: