Azərbaycan parabadmintonçusu bürünc qazanıb

Xəbərlər
21 Aprel 2024 12:52
Azərbaycan parabadmintonçusu bürünc qazanıb

Parabadmintonçumuz İbrahim Əliyev beynəlxalq turnirdə bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, o, bu uğura İspaniyanın Vitoriya şəhərində keçirilən kişi para badmintonçuların qoşa yarışlarında nail olub.

Sinqapur parabadmintonçusu Tay Vey Minqlə birgə duet təşkil edən İbrahim yarımfinalda mübarizəni dayandırıb. İdmançımız finala gedən yolda Hindistan təmsilçilərinə uduzub.

Qeyd edək ki, Əliyev-Minq cütü 1/4 finalda Fransa təmsilçiləri Martın Baptiste-Sarrobert Klement tandeminə hər iki setdə qalib gəlib.

İdman.biz