Azərbaycan parabadmintonçusu yarımfinalda

Xəbərlər
19 Aprel 2024 21:12
Azərbaycan parabadmintonçusu yarımfinalda

Parabadmintonçumuz İbrahim Əliyev beynəlxalq turnirdə yarımfinala yüksəlib.

İdman.biz xəbər verir ki, o, bu uğura İspaniyanın Vitoriya şəhərində keçirilən kişi para badmintonçuların qoşa yarışında nail olub.

Sinqapur parabadmintonçusu Tay Vey Minqlə birgə duet təşkil edən İbrahim qrup mərhələsini uğurlu çıxış edərək, pley-offa yüksəlib. Əliyev-Minq cütü 1/4 finalda Fransa təmsilçiləri Martın Baptiste-Sarrobert Klement tandeminə hər iki setdə qalib gəlib - 2:0 (21:13, 21:17).

Qeyd edək ki, idmançımız yarımfinal mərhələsində Hindistan təmsilçiləri ilə qarşılaşacaq.

İdman.biz