“Azerbaijan International 2024” turniri yekunlaşıb

Xəbərlər
11 Fevral 2024 19:08
151
“Azerbaijan International 2024” turniri yekunlaşıb

Bakıda təşkil olunan badminton üzrə “Azerbaijan International 2024” turniri başa çatıb.

İdman.biz xəbər verir ki, bu gün yarışda final oyunları baş tutub.

Azərbaycan badmintoçuları mükafatalayiq yerləri tuta bilməyiblər. Kişi idmançıların mübarizəsində cənubi koreyalı Jeon Hyeok Jin çempion olub. O, finalda hindistamlı Verma Sameeri məğlub edib.

Qarışıq qoşa cütlərin yarışında həlledici oyunda Hindistan təmsilçiləri qarşılaşıblar.

Qeyd edək ki, turnir Paris-2024 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyıb.

İdman.biz