Millimizin baş məşqçisi: "Tarix yazmaq istəyirik"

Xəbərlər
10 Dekabr 2023 12:09
1 648
Millimizin baş məşqçisi: "Tarix yazmaq istəyirik"

"Norveçi 4:1 məğlub etdikdən sonra İrlandiyaya qarşı da eyni tərzdə oynadıq. Rəqibin reytinqdə irəlidə olmasına baxmayaraq, yaxşı analiz nəticəsində qələbə qazandıq".

Bunu İdman.bizə kişi badmintonçular dan ibarət Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi deyib.

Avropa çempionatının təsnifat mərhələsində Norveçdən sonra İrlandiyanı 3:2 məğlub edən yığma pley-offda meydan sahibləri Çexiya ilə qarşılaşacaq. İranlı mütəxəssis bildirib ki, ikinci matçdan sonra rəqibləri belə Azərbaycanın oyununu alqışlayıblar: "İrlandiya ilə görüşü izləyənlər arasında Çexiya, Avstriya, Portuqaliya milli komandaları var idi. Oyundan sonra turnirin meneceri bizi gözəl çıxışa görə təbrik etdi. Bugünkü rəqiblərimiz də bizə xoş söz dedi. Azərbaycan artıq elə komanda deyil ki, hər kəsə uduzsun".

Mütəxəssisin sözlərinə görə, Çexiyanı yaxşı təhlil ediblər və yeni tarix yazmaq istəyirlər: "Qalib gələ bilsək, ilk dəfə 2 mərhələdə uğur qazanmış olacağıq. Daha bir tarix yazmaq istəyirik. Rəqib bizdən reytinqdə yuxarıdadır. Amma qalib gələrək, Azərbaycana böyük sevinclə qayıdacağımıza ümid edirəm".

Qeyd edək ki, Azərbaycan - Çexiya görüşü bu gün saat 14:00-da start götürəcək.

Emin Ağa
İdman.biz