Millimizdən tarixi qələbə - FOTO

Xəbərlər
8 Dekabr 2023 17:05
531
Millimizdən tarixi qələbə - FOTO

Çex Respublikasının paytaxtı Praqada kişi badmintonçular arasında Avropa çempionatının təsnifat mərhələsinin oyunları keçirilir.

İdman.biz xəbər verir ki, Azərbaycan milli komandası qrupda ilk oyununu Norveç kollektivinə qarşı keçirib.

Heyətində Edi Reski Dviçayo, Muhammad Kadafi, Aqil Qəbilov, Diki Pangestu və Rəvan Niftəliyevin yer aldığı yığmamız skadinaviyalıları 4:1 hesabı ilə məğlub edib.

Komandamız qrupda növbəti oyununu ilk matçda Norveç yığmasını 3:2 hesabı ilə məğlub edən İrlandiya millisinə qarşı keçirəcək. Qrup liderini müəyyənləşdirəcək oyun sabah Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Millimiz 2 dəfə Avropa çempionatında iştirak edib və 6 oyuna çıxıb. Komandamız bu qarşılaşmaların hər birində məğlub olub.

Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsi Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.

İdman.biz