Parabadmintonçularımız Fransada beynəlxalq turnirdə mübarizə aparacaq

16 İyun 2026 19:38
59
Parabadmintonçularımız Fransada beynəlxalq turnirdə mübarizə aparacaq

İyunun 16-dan 21-dək Fransanın Müluz şəhərində Beynəlxalq Parabadminton Turniri keçiriləcək.

İdman.Biz bildirir ki, yarışda ölkəmizi SU-5 kateqoriyasında İbrahim Əliyev, SH-6 kateqoriyasında isə Zəhra Salmanlı təmsil edəcək.

İdmançılarımız həm fərdi, həm də qoşa yarışlarda mübarizə aparacaqlar. Komandaya baş məşqçi Teymur Abbasov rəhbərlik edəcək.

Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

İdman.Biz