Badminton millimizin baş məşqçisi: “Komandadan razı deyiləm”

Xəbərlər
1 Oktyabr 2025 12:56
44
Badminton millimizin baş məşqçisi: “Komandadan razı deyiləm”

Azərbaycan badminton millisinin baş məşqçisi Morteza Valdiravi yetirmələrinin qarışıq komanda yarışındakı çıxışından narazı qalıb.

İdman.biz "Report"a istinadən xəbər verir ki, mütəxəssis bunu jurnalistlərə açıqlamasında deyib.

“III MDB Oyunlarında iki komandamız çıxış edir. Biri gənc badmintonçulardan ibarətdir. Digəri nisbətən təcrübəlidir. Amma yenə də komandadan razı deyiləm. Fərdi və qarışıq yarışlarda qələbə gözlədiyimiz idmançılar istədiyimiz nəticəni vermədilər. Həmçinin Leyla Camalzadə dizindən zədələndi. Bu səbəbdən qarışıq komanda yarışında çıxış edə bilmədilər. Ümid edirəm ki, bu gün Rusiyaya qarşı yaxşı çıxış edəcəklər. Oğlanların fərdi və qarışıq yarışlarında yüksək nəticə qazanmaq şansınızın daha çox olduğunu düşünürəm. Hazırda ən ciddi rəqibimiz Rusiyadır. Yarımfinala çıxan komandamızın nəticə qazanacağına inanıram,” – mütəxəssis vurğulayıb.

Qeyd edək ki, badminton yarışları oktyabrın 5-də başa çatacaq.

İdman.biz