“Neftçi”yə 90+3-cü dəqiqədə ağır zərbə, Sumqayıtda hesab açılmayıb - VİDEO

Xəbərlər
26 Noyabr 2023 19:54
333
“Neftçi”yə 90+3-cü dəqiqədə ağır zərbə, Sumqayıtda hesab açılmayıb - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

İdman.biz xəbər verir ki, günün hər iki qarşılaşmasında qalib müəyyənləşməyib.

“Neftçi” öz meydanında növbəti dəfə xal itirib. "Ağ-qaralar "“Araz-Naxçıvan”ın müqavimətini qıra bilməyiblər. Qonaq komanda 90+3-cü dəqiqədə bərabərlik qolunu vurub.

Son 5 oyunda uduzmayan "Sumqayıt" öz meydanında lider "Zirə"ni büdrədib. 90 dəqiqə ərzində komandaların səyləri səmərə verməyib. Nəticədə vacib iki xal itirən Rəşad Sadıqovun yetirmələri lider mövqeyini tərk ediblər. XIV turdan sonra "Qarabağ" 1-ci pilləyə yüksəlib.

Qeyd edək ki, turun ilk üç görüşündə “Qarabağ” “Sabah”a (2:1), “Qəbələ” “Turan Tovuz”a (4:0) qalib gəlib. “Səbail” – “Kəpəz” matçında isə qapılara qol vurulmayıb.

Azərbaycan Premyer Liqası
XIV tur
26 noyabr
15:30. “Neftçi” – “Araz-Naxçıvan” - 1:1
Qollar:
Yuri Matias, 41 - Orxan Əliyev, 90+3
Baş hakim: Fərid Hacıyev
"Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 14. Eddi İsrafilov, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski
Baş məşqçi: Adrian Mutu
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov
Neftçi Arena

18:00. “Sumqayıt” – “Zirə” - 0:0
Baş hakim:
Əliyar Ağayev
"Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Aliev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 18. Kristian Velinovski
Məşqçi: Mübariz Orucov
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila
Baş məşqçi: Rəşad Sadıqov
Kapital Bank Arena

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

14

9

2

3

33-13

29

2

Zirə

14

8

4

2

13-7

28

3

Səbail

14

6

4

4

22-21

22

4

Sumqayıt

14

6

4

4

14-14

22

5

Araz-Naxçıvan

14

6

3

5

16-15

21

6

Neftçi

14

5

4

5

15-13

19

7

Sabah

14

4

4

6

19-19

16

8

Turan Tovuz

14

4

3

7

21-22

15

9

Qəbələ

14

3

2

9

11-23

11

10

Kəpəz

14

2

4

8

7-24

10

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 10 qol, Aleksandr Ramalinqom ("Səbail") - 6 qol

İdman.biz