Adil Şükürov: “Məqsədimiz əvvəlki "Kəpəz"i geri qaytarmaqdır”

Xəbərlər
27 Yanvar 2024 17:59
166
Adil Şükürov: “Məqsədimiz əvvəlki "Kəpəz"i geri qaytarmaqdır”

"Futbolçularım verilən bütün tapşırıqları maksimum yerinə yetirnməyə çalışdılar”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

O, Azərbaycan Premyer Liqasının XX turunun “Qarabağ”la ev oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb: “Görüşün sonlarında konsentrasiya bir az itdi. Məqsədimiz əvvəlki "Kəpəz"i geri qaytarmaqdır. Biz də bunun üçün çalışırıq. Bu görüşdə məqsədimiz daha çox top saxlamaq və qol vurmaq üçün vaxtımızı gözləmək idi. Futbolçularımız çalışdılar, lakin istəyimiz alınmadı. Adama Niane bizim futbolçumuzdur. Onun “Səbail”ə keçidi ilə bağlı heç nə yoxdur. Yoluna hələ bizimlə davam edir”.

Şükürov yetirmələrindən razı qaldığını bildirib: “Komandadan ümumilikdə razı qaldım. Bu gün meydana daha çox mübarizə aparanları buraxmışdıq. Abdullah Zubir oyuna çıxandan sonra sağ cinahdan daha çox təzyiq var idi. Penalti epizodunda ani diqqətsizlik oldu”.

Qeyd edək ki, “Kəpəz” Qəbələdə keçirdiyi ev oyununda 1:2 hesabı ilə uduzub.

İdman.biz