Premyer Liqada dörd klub sarı vərəqə limitinə görə cərimə edildi

8 Sentyabr 2026 12:37
95
Premyer Liqada dörd klub sarı vərəqə limitinə görə cərimə edildi

Futbol üzrə Misli Premyer Liqasının dördüncü turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan dörd klub ümumilikdə 2 800 manat cərimələnib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Sentyabrın 4-də keçirilən “Kəpəz” - “Şamaxı” (1:4) matçında gəncəlilərin altı, qonaqların isə dörd futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimə edilib.

Sentyabrın 6-da baş tutan “Turan Tovuz” - “Sumqayıt” (2:1) görüşündə də analoji hal yaşanıb. Meydan sahiblərinin beş, sumqayıtlıların altı oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 700 manat cərimə kəsilib.

İdman.Biz