Futbol üzrə Misli Premyer Liqasının beşinci turunun “Kəpəz” - “Qəbələ” oyunu bir dəqiqəlik sükutla başlayacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
Qarşılaşmanın start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda bir dəqiqəlik sükut elan olunacaq.
Bununla bağlı “Kəpəz” rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciətinə müsbət cavab verilib. Bir dəqiqəlik sükut zamanı həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.
Qeyd edək ki, matç sentyabrın 12-də keçiriləcək.
