“Vyeçista” Koxalskinin transferini rəsmiləşdirdi - FOTO

8 Sentyabr 2026 15:04
80
“Vyeçista” Koxalskinin transferini rəsmiləşdirdi - FOTO

Polşanın “Vyeçista” futbol klubu “Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin transferini rəsmiləşdirib.

İdman.Biz xəbər verir ki, Krakov təmsilçisi 26 yaşlı qolkiperlə bağlı keçidi tamamlayıb. “Qarabağ” da daha əvvəl “Vyeçista”nın təklifini və futbolçunun istəyini nəzərə alaraq transferə razılıq verdiyini açıqlayıb.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və Koxalskinin Polşaya qayıdışı rəsmiləşib.

Polşa mətbuatının məlumatına görə, “Vyeçista” qapıçı üçün “Qarabağ”a 500 min avrodan (988 min AZN) az məbləğ ödəyib.

Koxalski 2024-cü ilin yayında “Qarabağ”a keçib. O, Ağdam klubunda 76 oyun keçirib və 2024/25 mövsümündə Azərbaycan çempionu olub.

Polşalı qapıçı “Qarabağ”la UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-off mərhələsinə qədər irəliləyib. O, turnirdə etdiyi 40 seyvlə bu göstərici üzrə “Top-3”də yer alıb.

Koxalski “Qarabağ”a qədər Polşanın “Stal” klubunda çıxış edib. O, Ekstraklasada göstərdiyi oyunla diqqət çəkib və Polşa millisinin heyətinə də dəvət alıb.

İdman.Biz