Rəşad Sadıqov: “VAR-ın qərarı düz idi”

Xəbərlər
22 Yanvar 2024 17:49
589
Rəşad Sadıqov: “VAR-ın qərarı düz idi”

"Çoxsaylı mübarizə izlədik. Matça biz daha aktiv başladıq. Yaxşı qol imkanları əldə etdik”.

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

42 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XIX turunun “Səbail”lə matçı barədə fikirlərini açıqlayıb: “30-35 dəqiqə bizim üstünlüyümüz şəraitində keçdi. Bundan sonra oyun bərabərləşdi. Keyfiyyətli futboldan danışmaq olmaz. Daha çox mübarizə gedirdi. Süni örtüklü meydanda və güclü külək atında oynayırdıq. Hər iki komandanın futbolçuları çox istəkli idilər. Qələbə qazanmaq üçün çox çalışdılar. Futbolçulardan razı qaldım. Qələbə üçün əllərindən gələni etdilər".

Sadıqov təyin olunmayan penalti epizoduna da münasibət bildirib: “Həmin epizodda VAR-ın qərarı düz idi. Penalti epizoduna baxmaq üçün təcrübəli İnqilab Məmmədov baş hakimi VAR-a çağırdı. Amma referi VAR-da çox qəribə qərar verdi. Futbolçumuzun ayağına açıq-aşkar zərbə vuruldu, ikinci sarı, ardınca qırmızı vərəqə verilməlidir. Bu cür qərarlar "Zirə"nin oyunlarında artıq dördüncü ildir davam edir. Ötən il belə hallar bir az azalmışdı. Cari mövsümün əvvəlində də az idi. Həm bu, həm də "Qarabağ"la matçdakı qırmızı vərəqə epizodu... Əvvəlki turlarda baş verən hadisələr. Bu qədər təsadüf ola bilməz”.

Qeyd edək ki, “Səbail” – “Zirə” görüşü 0:0 hesabı ilə başa çatıb.

İdman.biz