“Sabah” Premyer Liqada 250-ci oyununu keçirib.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, Bakı klubu turnirin tarixinə 250 və daha çox matça çıxan 16-cı komanda olub.
Paytaxt təmsilçisinin yubileyi Misli Premyer Liqasının altıncı turuna təsadüf edib. “Sabah” evdə “İmişli”yə qalib gəlib - 3:1.
Son ölkə çempionu 250 qarşılaşmada 112 qələbə qazanıb, 62 heç-heçə edib və 76 dəfə uduzub. Oyunlardan 125-i evdə, 125-i səfərdə baş tutub.
Qeyd edək ki, “Sabah” ilk matçını 2018-ci il avqustun 12-də səfərdə “Sumqayıt”a qarşı keçirib - 1:0.
