Qadınlar Super Liqasında yeni mövsümün ilk oyunları məlum oldu

21 Sentyabr 2026 11:16
79
Qadınlar Super Liqasında yeni mövsümün ilk oyunları məlum oldu

AFFA-nın təşkilatçılığı ilə keçirilən Qadınlar Super Liqasında 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi baş tutub.

İdman.Biz xəbər verir ki, mərasimdə əvvəlcə liqaya həsr olunan videoçarx nümayiş etdirilib. Daha sonra çempionatın yeni adı və loqosu təqdim olunub.

Bildirilib ki, 12 komandanın iştirak edəcəyi çempionat iki mərhələdən ibarət olacaq. Birinci mərhələnin yekununda turnir cədvəlində ilk 6 pilləni tutan komandalar A qrupunda, 7-12-ci yerləri tutan kollektivlər isə B qrupunda mübarizəni davam etdirəcəklər.

Püşkatmanın nəticəsinə əsasən, birinci turda “Dirçəliş” – “Sumqayıt”, “İmişli” – “Neftçi”, “Ümid” (Gəncə) – “Baku Juniors”, “Araz-Naxçıvan” – “Goranboy”, “Liman” – “Sabah” və “Şəfa” – “Qəbələ” qarşılaşacaqlar.

Qeyd edək ki, Qadınlar Super Liqasında birinci turun oyunları oktyabrın 18-20-də keçiriləcək.

İdman.Biz