“Kəpəz” 150-ci sülhünə “Sumqayıt”la oyunda çatıb

21 Sentyabr 2026 10:36
78
“Kəpəz” 150-ci sülhünə “Sumqayıt”la oyunda çatıb

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci heç-heçəsini edib.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, bu, Misli Premyer Liqasının altıncı turunun “Sumqayıt”la görüşünə təsadüf edib - 1:1.

Gəncə klubu 720-ci qarşılaşmada “150”yə çatıb. Qərb təmsilçisi turnirin tarixində 150 və daha çox sülhə imza atan beşinci komandadır.

“Kəpəz”in ilk heç-heçəsi 1992-ci il mayın 18-də qeydə alınıb. Bərdənin “Pambıqçı” klubu ilə səfər görüşü qolsuz başa çatıb.

İdman.Biz
Məqalədə: