“Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, bu, komandanın yubiley - 1000-ci oyununa təsadüf edib.
Bakı klubu Misli Premyer Liqasının altıncı turunda “Qəbələ”yə qalib gəlib - 3:0. Bu, 242-ci səfər qələbəsi olub. “Ağ-qaralar” evdə 301, neytral meydanda yeddi dəfə qalib gəlib. “Neftçi” “Qarabağ”dan sonra 550 və ya daha çox qələbə qazanan ikinci komanda kimi tarixə düşüb.
Qeyd edək ki, paytaxt klubunun ilk qələbəsi 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev matçında gerçəkləşib - 1:0.
