“Neftçi”nin legioneri: “Yarım ildə özümü daha yaxşı tərəfdən göstərə biləcəm”

Xəbərlər
20 Yanvar 2024 10:28
126
“Neftçi”nin legioneri: “Yarım ildə özümü daha yaxşı tərəfdən göstərə biləcəm”

"Yaxşı və pis anlarda istəyirəm ki, onlar bizi dəstəkləsinlər. Əlbəttə, biz də onlar kimi həyəcan keçiririk, narahat oluruq və komanda daha yüksək pillələrdə olmasını istəyirik".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin hücumçusu Yeqor Boqomolski klubunun televiziyasına müsahibəsində deyib.

23 yaşlı belaruslu futbolçu bildirib ki, daha çox oyun şansı qazanmaq istəyir: "Yaxşı təlim-məşq toplanışımız oldu. Yeni baş məşqçi gəldi və komanda qarşısında yeni tələblər qoydu. Əlbəttə ki, məşqçinin bütün istəklərini gerçəkləşdirmək üçün kifayət qədər vaxtımız olmayıb. Qarşıdakı oyunda məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışacağıq. Əlbəttə, daha çoxunu meydanda göstərmək istəyirəm. Daha çox oyun praktikası qazanmaq istəyirəm. Ümid edirəm ki, yarıda qalan yarım ildə özümü daha yaxşı tərəfdən göstərə biləcəm".

Qeyd edək ki, "Neftçi" Premyer Liqanın XIX turunda "Sabah"la oynayacaq. Görüş yanvarın 21-də saat 16:00-da start götürəcək.

İdman.biz

Məqalədə: