Andrade “Qarabağ”dan ayrılacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

19 İyun 2026 16:58
114
Andrade “Qarabağ”dan ayrılacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Ağdamın “Qarabağ” futbol komandasının kabo-verdeli vingeri Leandro Andradenin komandadan ayrılacağı iddia edilir.

İdman.Biz xəbər verir ki, futbolçunun daha yaxşı maliyyə şərtləri səbəbindən “Qarabağ”dan gedəcəyi və karyerasını Avropada davam etdirəcəyi bildirilir.

Andradenin Ağdam təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bu səbəbdən futbolçunun azad agent kimi deyil, transfer qarşılığında ayrılması gözlənilir.

İddia ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən İdman.Biz-in sorğusuna cavab olaraq bildirilib ki, klubun transferləri və ya komandadan ayrılmalarla bağlı məlumatlar olduğu təqdirdə ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, "Transfermarkt" portalında Andradenin transfer dəyəri 3.5 milyon (7 milyon AZN) avro göstərilib.

İdman.Biz