“Qarabağ”ın oyunçusundan Avropa Liqası mesajı

“Qarabağ”ın oyunçusundan Avropa Liqası mesajı

“Qarabağ” futbol komandasının braziliyalı müdafiəçisi Dani Bolt mövsümün başa çatması ilə bağlı paylaşım edib.

İdman.Biz xəbər verir ki, futbolçu yaşadığı anlara, keçdiyi çətinliklərə, qazandığı uğurlara, meydanda və meydandan kənarda hər məqama görə minnətdar olduğunu bildirib.

Dani Bolt geridə qalan mövsümü xüsusi adlandırıb. Braziliyalı müdafiəçi Çempionlar Liqasında çıxış etmək imkanının onun həm futbolçu, həm də insan kimi inkişafına

təsir etdiyini vurğulayıb.

“İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdır. Başlayacaq yeni mövsüm üçün çox həyəcanlıyam. Yeni hədəflər, yeni çağırışlar və Avropa Liqasında çıxış etmək şansı məni hər gün ən yaxşısını etməyə daha çox motivasiya edir”, - deyə Dani Bolt qeyd edib.

İdman.Biz