“Turan Tovuz” futbol klubunun panamalı müdafiəçizi Roderik Miller Azərbaycana necə gəldiyindən və buradakı karyerasının başlanğıcından danışıb.
İdman.Biz bildirir ki, futbolçu barədə “CBC Sport”a müsahibəsində deyib.
“Məhəmməd adlı agentim mənə zəng etdi və dedi ki, Azərbaycanda yaxşı təklif var.Soruşdu ki, getmək istəyirəm ya yox. Mən də razılaşdım. O məni buraya gətirdi və mən Tovuza gəldim. O vaxtdan komandadayam və çox xoşbəxtəm”. O vaxt komanda aşağı liqaya düşməmək üçün mübarizə aparırdı. Mövsümün sonuna qədər çox çətin oyunlar oldu. Amma biz birlikdə mübarizə apardıq və komandanı Premyer Liqada saxlaya bildik”, - Miller bildirib.
Miller klubun keçmiş və indiki baş məşqçiləri ilə münasibətlərindən və “Turan Tovuz”un hədəflərindən də söz açıb.
“Əvvəlki məhşimiz Ayxan Abbasov çox yaxşı insan idi və ümid edirəm ki, gələcəkdə yenə birlikdə işləyəcəyik.
Klubdan gedəndən sonra bir dəfə zarafat etdik. Mən “Şamaxı” iki qol vurmuşdum. O da dedi, niyə belə etdin? Amma bu futboldur. Komandalar, məşqçilər dəyişir.
Kurban Berdiyevi əvvəldən tanıyırdım. Onun komandaları Çempionlar Liqasında çıxış edib. Güclü komandalar olub. İlk dəfə onunla Türkiyədə toplanışda işlədim. Sistem bir az fərqli idi, amma zamanla uyğunlaşdım. O çox danışmır, amma işini yaxşı bilir.
Avrokubklarda oynamaq imkanı əldə etsək, əlimizdən gələni edəcəyik. Bəlkə məşqçilər heyəti yeni oyunçular gətirəcək və komanda lazım olan yerləri gücləndirəcək. Bu turnirin çox çətin olduğunu bilirik. Hazırda bəlkə də ən yüksək keyfiyyətə malik deyilik. Amma addım-addım irəliləsək, komanda üçün ən yaxşı nəticəni əldə edə bilərik”, - Miller deyib.
Miller 2022-ci ildən “Turan Tovuz”da oynayır.
