Azər Bağırov: “Sabah”la matçda bəxtimiz gətirdi"

Azər Bağırov: “Sabah”la matçda bəxtimiz gətirdi"

Azərbaycan Premyer Liqasının 31-ci turunda “Sabah”la qarşılaşan “Kəpəz”in bəxti gətirib.

İdman.Biz xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov sözügedən matçdan sonra mətbuat konfransında deyib.

“Sabah” – “Kəpəz” görüşü Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

“Çempionluğunu rəsmiləşdirən "Sabah"ı təbrik edirəm. İnşallah, Azərbaycanı avrokuoklarda layiqincə təmsil edəcəklər. 22 oyun uduzmayan “Sabah”a qarşı mübarizə aparırdıq. Bir çox matçda da artıq qarşılaşmanın taleyini ilk hissədə həll edirdilər. Qapıçımız Yusif İmanova təşəkkür edirəm. O, bu gün ən yaxşı görüşlərindən birini keçirdi. Bugünkü matçda bir az da bəxtimiz gətirdi. Fikirləşirdik ki, “Sabah” dəyişikliklər edəcək. Çünki yaxın zamanda Azərbaycan Kubokunda final oyununa çıxacaqlar. Sevinirik ki, meydanda qurduğumuz plan öz bəhrəsini verdi. Azarkeşlərimizi təbrik edirəm”, - Bağırov bildirib.

“Kəpəz” 31 oyundan sonra 27 xalla 10-cu yerdədir.

İdman.Biz