Kaşkilya: “Önəmli olan "İmişli"nin qarşıya qoyduğu hədəfə çatmasıdır”

Kaşkilya: “Önəmli olan "İmişli"nin qarşıya qoyduğu hədəfə çatmasıdır”

“İmişli” cari mövsüm Azərbaycan Premyer Liqasında “Zirə”yə uduzmadığı üçün sevinir.

İdman.Biz xəbər verir ki, bunu klubun baş məşqçisi Jorj Kaşkilya çempionatın 31-ci turunda “Zirə”yə qarşı keçirilən matçdan sonra mətbuat konfransında deyib.

“İmişli” – “Zirə” oyununda hesab açılmayıb.

“Qarşılaşma yüksək tempdə və gərgin mübarizə şəraitində keçdi. Hər iki tərəf qələbə üçün meydana çıxmışdı. İlk hissədə üstün oyun nümayiş etdirdik və rəqibdən daha çox təhlükəli epizod yaratdıq. Fasilədən sonra oyun daha balanslı və çətin keçdi. Son dəqiqələrdə isə təşəbbüs əsasən “Zirə”nin tərəfində idi, buna görə komanda daha çox müdafiəyə çəkildi. Hesab edirəm ki, heç-heçə oyunun ümumi axarına uyğun nəticə oldu. Sevindirici haldır ki, bu mövsüm “Zirə”yə uduzmadıq. Ən önəmlisi isə "İmişli"nin qarşıya qoyduğu hədəfə çatmasıdır. Futbolçularımı xüsusi olaraq təbrik edirəm, çünki mövsüm boyu hər oyunda sona qədər savaşdılar. “Zirə”yə isə ölkə kubokunun final görüşündə uğurlar arzulayıram”, - Kaşkilya əlavə edib.

“İmişli” 31 oyundan sonra 33 xalla 9-cu yerdədir.

İdman.Biz