“Zirə” komandası aprel ayında keçirdiyi oyunlar zamanı çox yorulub.
İdman.Biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 31-ci turunda “İmişli”yə qarşı keçirilən matçdan sonra mətbuat konfransında deyib.
“İmişli” – “Zirə” oyununda hesab açılmayıb.
“Çətin oyun keçdi. Meydanın vəziyyəti göz qabağına idi. 90 dəqiqə ərzində futbolçularımız öz istəklərini göstərdilər. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Təəssüf ki, sonluğu gətirmək mümkün olmadı. Qələbə qazana bilmədiyimiz üçün məyusudq. Önümüzdəki matçlara baxacağıq. Sırf kubok barədə düşünmürük. Ölkə çempionatının da oyunlarına önəm veririk. Bilirsiniz ki, adətən kubpk qarşılaşmalarının finalı mövsümün sonuna təsadüf edirdi. Bu dəfə isə sıx qrafik ərəfəsinə düşdü. 35 gün ərzində 8 oyun keçirmişik. Aprel ayı bizi çox yordu”, - Sadıqov bildirib.
“Zirə” 31 oyundan sonra 50 xalla turnir cədvəlində dördüncü yerdədir.
