Qurban Qurbanov: “Sona kimi mübarizə aparacağıq”

11 Aprel 2026 19:26
198
Qurban Qurbanov: “Sona kimi mübarizə aparacağıq”

“Qalib gələ bilməsək də, son saniyələrə kimi yaxşı mübarizə getdi. Futbolçular qol vurmaq üçün çox güc sərf etdilər”.

İdman.Biz bildirir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Şamaxı” ilə oyundan sonra deyib.

Matç 0:0 hesabı ilə bitib.

“Belə hallar olur. Edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram.

Çempionatda da qarşıda maraqlı oyunlarımız var. “Sabah” və “Neftçi” ilə matçlarımız olacaq. Sona kimi mübarizə aparacağıq. Titula gəlincə, belə illər olur, sanki alınmır. Sona qədər azarkeşlərimiz üçün yaxşı futbol göstərmək istəyirik. Mübarizəmiz sona kimi olacaq.

Hansısa dəyişiklikər etmək istəyərdik. Komandaya yeni futbolçular cəlb etmək istəyirik. Soyuqqanlı davranmalıyıq. Heyəti gücləndirməyə ehtiyacımız var”, - Qurbanov bildirib

İdman.Biz