Ayxan Abbasov: “Şamaxı”da işimi davam etdirmək istəyərdim”

Ayxan Abbasov: “Şamaxı”da işimi davam etdirmək istəyərdim”

“Bilirdik ki, “Qarabağ” hər oyuna final kimi yanaşır. Çempionatın sonudur, hər matç gərgin keçir”.

İdman.Biz bildirir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”la oyundan sonra deyib.

Matç 0:0 hesabı ilə bitib.

“Futbolçularıma təşəkkür edirəm. Sona qədər vuruşdular. Bilirdik ki, rəqib son dəqiqələrdə üstümüzə gəldi. Amma dözə bildik. Bizim üçün hər xal vacibdir. İstəyim odur ki, çempionatın sonuna qədər oyunlara yanaşmamız bu cür olsun.

Bu gün tam başqa taktika ilə oynadıq. Bunu “Qarabağ”a görə etdik, məcburuq. Sevindirici haldır ki, futbolçular dəyişikliklərə tez adaptasiya olur. Oyunçulara dəstək olmaq, onlara motivasiya vermək lazımdır. Təbii ki, komanda ruhu da çox vacibdir”, - Abbasov bildirib.

Baş məşqçi klubdan gedəcəyi ilə bağlı şayiələrə də aydınlıq gətirib: “Şamaxı” mənim üçün doğmadır. Burada işimi davam etdirmək istəyərdim. Maddi cəhətdən də komanda möhkəmlənməlidir. İki ildir çox çətinliklər olub. Amma heç bir çətinlikdən danışmamışıq. Çalışmışıq ki, bunun öhdəsindən gələk. Məncə, klub düz yoldadır. Bunu davam etdirmək lazımdır. Rəhbərliyə böyük iş düşür. Onların yanaşmalarını bilirəm. İnanıram ki, düzgün qərar verəcəklər. “Şamaxı” həmişə mənim üçün doğma olacaq. Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm”.

İdman.Biz