Rəşad Sadıqov: “Bir xal üçün çox sevinirik”

11 Aprel 2026 22:15
123
Rəşad Sadıqov: “Bir xal üçün çox sevinirik”

“Müdafiədən çıxarkən səhvə yol verdik və qol buraxdıq. Çox məyusedici idi. Növbəti 10 dəqiqədə rəqib yenə bizə böyük təzyiq göstərdi. Amma sonrakı dəqiqələrdə fəal çıxış edərək iki qol vurduq”.

İdman.Biz bildirir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sabah”a oyundan sonra deyib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

“Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Futbolçularımız əzmkarlıq göstərdilər, qol vurmağa çalışırdılar. Son 10 dəqiqədə isə rəqib böyük qüvvə ilə irəli getdi. Müdafiəmiz etibarlı oynadı və 1 xal qazandıq. "Sabah"la oyunda qazanılan hər xal dəyərlidir. 1 xal üçün çox sevinirik. Düşünürəm ki, bu xal bizim üçün çox faydalı olacaq”.

İdman.Biz