Azərbaycan çempionatında mövsümün ilk yarısını izləyən tamaşaçıların sayı açıqlanıb

Xəbərlər
1 Yanvar 2024 11:32
107
Azərbaycan çempionatında mövsümün ilk yarısını izləyən tamaşaçıların sayı açıqlanıb

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün ilk yarısının oyunlarını 132 min 959 tamaşaçı izləyib.

İdman.biz xəbər verir ki, ilk iki dövrədə baş tutan 90 matçda orta tamaşaçı sayı 1477-yə bərabər olub.

18 turun rekordu Tovuzda qeydə alınıb. X turun oktyabrın 20-də keçirilən “Turan Tovuz” – “Qarabağ” görüşündə (2:2) 6000 seyrçi qeydə alınıb.

Qərb təmsilçisi çempionatın tamaşaçı sayındakı mütləq lideridir. “Turan Tovuz”un ev oyunlarını orta hesabla 4322 izləyici seyr edib.

Tovuzlular ən yaxın izləyicilərini 2 dəfədən çox üstələyir. Lideri ötən mövsümün mükafatçıları izləyir. “Neftçi” 2-ci, “Sabah” 3-cü, “Qarabağ” 4-cü yerdə qərarlaşıb. Bu dörd komandadan başqa “Sumqayıt”la “Kəpəz”də də orta göstərici 1000-dən yüksəkdir.

yer

komanda

tamaşaçı

oyun

orta

1

Turan Tovuz

38900

9

4322

2

Neftçi

17196

9

1911

3

Sabah

13404

9

1489

4

Qarabağ

14418

10

1442

5

Sumqayıt

11836

9

1315

6

Kəpəz

9625

8

1203

7

Zirə

8480

9

942

8

Səbail

8100

9

900

9

Qəbələ

6180

9

687

10

Araz-Naxçıvan

4820

9

536

Cəmi

132959

90

1477

İdman.biz