Misli Premyer Liqasının beşinci turunda “Şamaxı”nı qəbul edəcək “Sumqayıt”ın heyətində itkilər müəyyənləşib.
Bu barədə “kimyaçılar”ın mətbuat katibi Zaur Xudiyev İdman.Biz-ə məlumat verib.
O bildirib ki, “Neftçi” ilə oyunda qırmızı vərəqə aldıqdan sonra emosional davranışı zamanı zədələnən Səbuhi Abdullazadə, qapıçı Jeymes Almeyda və yarımmüdafiəçi Roi Kehat qarşılaşmada iştirak etməyəcəklər.
Qeyd edək ki, sentyabrın 12-də “SOCAR Polymer Arena”da keçiriləcək “Sumqayıt” - “Şamaxı” oyunu saat 19:45-də başlayacaq.
