“Qarabağ”la başlayan yol... - 100

Xəbərlər
25 Dekabr 2023 11:18
115
“Qarabağ”la başlayan yol... - 100

Amin Seydiyev “Sabah”ın heyətində 100-cü çempionat oyununu keçirib.

İdman.biz xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

25 yaşlı müdafiəçi yetirməsi olduğu “Qəbələ” ilə qarşılaşmada yubiley matçına çıxıb.

Amin 2020-ci ilin yayından “Sabah”da forma geyinir. O, dördüncü mövsüm oynadığı klubda keçirdiyi 100 görüşdə 2 qola imza atıb.

Qeyd edək ki, Seydiyev “Sabah” forması ilə Premyer Liqadakı ilk matçına 2020-ci il avqustun 22-də çıxıb. Onun debüt matçında bakılılar səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzub.

İdman.biz

Məqalədə: