Tovuzdakı bədbəxt hadisədə xəsarət alan yoxdur: Azarkeşlər evakuasiya olunub - VİDEO

Xəbərlər
23 Dekabr 2023 18:00
202
Tovuzdakı bədbəxt hadisədə xəsarət alan yoxdur: Azarkeşlər evakuasiya olunub - VİDEO

Azərbaycan Premyer Liqasının XVIII turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunundakı bədbəxt hadisədə xəsarət alan yoxdur.

İdman.biz xəbər verir ki, bununla bağlı PFL-in texniki-idman direktoru Elgiz Abbasov paylaşım edib.

O bildirib ki, Tovuzdakı xoşagəlməz hadisədə artıq azarkeşlər də evakuasiya olunub, futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədir.

Qeyd edək ki, matçın 81-ci dəqiqəsində şiddətli külək nəticəsində işıq dirəklərindən biri aşıb və oyun təxirə salınıb.

İdman.biz