Misli Premyer Liqasının altıncı turunda keçirilən və 2:1 hesabı ilə başa çatan “Şamaxı” - “Araz-Naxçıvan” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırov qarşılaşmanı dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçın çətin keçdiyini bildirib.
“Çətin oyun idi. Bilirdik ki, rəqib də yaxşı komandadır. Bəlkə də bu altı tur ərzində ən həyəcanlı oyunlarımızdan biri idi. Epizodlar oldu, bəzi məqamlarda istədiyimiz kimi oynaya bilmədik”, - deyə Bağırov vurğulayıb.
Baş məşqçi komandasının buraxdığı səhvlərdən nəticə çıxarmalı olduğunu vurğulayıb:
“Belə epizodlara görə üzülürük, amma önümüzə baxmalıyıq. Daha yaxşı, daha səviyyəli oynamağa və müdafiədə olan çatışmazlıqların üzərində işləməyə çalışacağıq”.
