“Qarabağ”dan “Neftçi” ilə oyunda REKORD

Xəbərlər
19 Dekabr 2023 10:20
1 209
“Qarabağ”dan “Neftçi” ilə oyunda REKORD

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, Ağdam klubu eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.

Qurban Qurbanovun yetirmələri Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

Matçdakı sonuncu qolun müəllifi Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci topuna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.

Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.

İdman.biz

Məqalədə: