Məğlubiyyətlə tarixə düşən yubiley

Xəbərlər
17 Dekabr 2023 12:21
398
Məğlubiyyətlə tarixə düşən yubiley

“Qəbələ”nin qapıçısı Rəşad Əzizli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

İdman.biz xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı qolkiperin yubiley oyunu Azərbaycan Premyer Liqanın XVII turuna təsadüf edib. O, “Səbail”lə səfərdəki matçda (0:3) meydana çıxıb. Əzizli bu 100 oyunda 143 qol buraxıb.

Qapıçının debütü “Rəvan”da forma geyindiyi 2015/16 mövsümündə gerçəkləşib. O, Premyer Liqada 8 klubda çıxış edib. Rəşad “Rəvan”, “Şüvəlan”, “Neftçi”, “Sumqayıt”, “Şamaxı”, “Zirə”, “Səbail” və “Qəbələ”nin şərəfini qoruyub.

İdman.biz