Jorj Kaşkilya: “Şanslardan yararlanmayanda səni cəzalandırırlar”

Xəbərlər
9 Dekabr 2025 23:21
34
Jorj Kaşkilya: “Şanslardan yararlanmayanda səni cəzalandırırlar”

“Sumqayıt” 1-ci hissədə daha üstün futbol oynadı. Fasilədən sonra taktiki dəyişiklərə getdik. Bu da 2-ci hissədə özünü göstərirdi. Daha güclü oynamağa başlamışdıq. Qol epizodlarımız çox idi”.

İdman.Biz bildirir ki, bunu “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 14-cü turunda “Sumqayıt”la oyundan sonra deyib.

Matç 1:0 hesabı ilə “Sumqayıt”ın xeyrinə qurtarıb.

“Juninyonun epizodunda qola çox yaxın idik. Amma alınmadı. Futbol elə oyundur ki, şanslardan yararlanmayanda səni cəzalandırırlar. Qoldan sonra hesabı bərabərləşdirə bilərdik”, - baş məşqçi deyib.

Kaşkilya oyunun sonlarında iki tərəf arasında düşən dava barədə də fikrini bildirib: “Hər iki tərəf də həmin anda özünü yaxşı aparmadı. Rəqib komandanın işçiləri də özünü yaxşı aparmadı. Futbol emosional bir oyundur. Gərək hər kəs özünü cilovlaya bilsin”.

İdman.Biz